Səudiyyə Ərəbistanında daha 11 şahzadə həbs olundu - SƏBƏB

Səudiyyə Ərəbistanında daha 11 şahzadə həbs edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin şahzadələr Ər-Riyadda Kral Sarayının önündə etiraz aksiyası keçirməyə cəhd edib.


Onlar qənaət tədbirləri və elektrik və su vergilərinin bundan sonra dövlət tərəfindən ödənilməyəcəyi ilə bağlı qərara etiraz ediblər.
 

Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları onları həbs edib.

Bəzi mənbələr onların bundan əvvəl həbs edilən şahzadələrin azad olunmasını tələb etdiklərini iddia edir.

Aksiya keçirmək istəyən 11 şahzadənin həbs olunduğu rəsmən təsdiqlənib, lakin onların kimliyi açıqlanmır.

 

Müəllif | Apa.Tv
Apa.tv