Ərdoğan etiraf etdi: "Türkiyə yorulub"
"Türkiyə Avropa İttifaqına üzv olacağı günü gözləməkdən yorulub".
APA TV-nin məlumatına görə, bu fikirləri Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Emmanuel Makronla görüşdən sonra bildirib: "Türkiyə illərdir ittifaqın qapısında gözləyir və qurumla danışıqlardan yorulub. Ankaranın daim bunu gözləmək niyyəti yoxdur və buna görə də alternativ addımlar barədə düşünürük".
Fransa prezidenti isə deyib ki, Türkiyədə insan hüquqları ətrafındakı vəziyyət indiki şəraitdə bu quruma üzv olmağa imkan vermir.
Qeyd edək ki, Türkiyə 1987-1997-ci illərdə ittifaqa üzv olmağa cəhd etsə də, bununla bağlı danışıqlar 2005-ci ildən başlayıb.