Venesuela nefti kriptovalyutaya çevirir - MADURODAN NÖVBƏTİ AÇIQLAMA
"Venesuela prezidenti Nikolas Maduro 100 milyon ədəd "El Petro" milli kriptovalyutası buraxılmasına göstəriş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 1 kriptovalyutanın dəyərinin Venesuela neftinin 1 bareli ekvivalentində olacağı açıqlanıb.
N. Maduro həmçinin yanvarın 14-də ölkədəki kriptovalyuta sərmayədarları ilə görüşəcəyini də deyib.
Bir müddət əvvəl Venesuela lideri "El Petro"nu kapitalla təmin etmək üçün 5 milyard barel neft tələb olunduğunu, bu məqsədlə isə ölkədəki neft yataqlarından birinin gəlirlərindən istifadə olunacağını bildirmişdi.