Bakıda sərnişin avtobusu dərəyə aşdı: yaralılar var - HADİSƏ YERİNDƏN

"Zığ şossesində 175 nömrəli marşrut üzrə hərəkət edən avtobus qəza törədib. Nəqliyyat vasitəsi bax, o gördüyünüz baryeri yararaq dərəyə aşıb".

 

APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şossesində qeydə alınıb. Hadisə Yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələrək, araşdırmalara başlayıb.

 

İlkin məlumata görə, qəza zamanı nəqliyyat vasitəsinin içərisində 14 sərnişin olub. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Dərəyə yuvarlanan avtobusu çıxarmaq üçün əraziyə iki ədəd ağır tonnajlı qaldırıcı kran cəlb olunub. Çəkiliş apardığımız müddətdə göstərilən cəhdlərə baxmayaraq nəqliyyat vasitəsini dərədən çıxarmaq mümkün olmayıb.

Hadisə yerində olan yol polisi əməkdaşları qəzanın təfərrüatları barədə rəsmi məlumatın veriləcəyini bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv