Tovuz rayonunda və Bakı-Qazax yolunda qatı duman müşahidə olunub
Tovuzda axşam saatlarında qatı duman müşahidə olunub. APA TV-nin qərb bürosunun verdiyi məlumta görə, saat 19:00 radələrindən başlayaraq duman Bakı-Qazax-Gürcüstan magistral yolunda, eləcə də rayondaxili yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Sürücülər yollarda sürət həddini aşağı salmağa, qəza işıqlarından və duman əleyhinə işıqlardan istifadə etməyə məcbur olub.