Avtomobilin vurduğu 82 yaşlı qoca xəstəxanada öldü
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gəncəvi küçəsində baş verib.
Şəhər sakini, 1936-cı il təvəllüdlü Əjdər Vəliyev yaşadığı evin qarşısında "Opel" markalı avtomobil tərəfindən vurulub.
Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Vəliyev orada həyatını itirib.
Fakt üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.