İdlibdə 4 partlayış törədilib - AZI 30 ÖLÜ, 70 YARALI

Suriyanın İdlib şəhərində ardıcıl dörd partlayış baş verib. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərdə avtomobillərin park edildiyi ərazidə baş verib.

Minalanmış avtomobillərin partladılması nəticəsində azı 30 nəfər dünyasını dəyişib, 70 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayış zamanı ətrafdakı binalara  ziyan dəyib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv