Goranboy sakini dəm qazından zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıallı kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü Bəylərbəyova Əfsanə Əhmədqoca qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Ə.Bəylərbəyova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.