Suriyada yenidən şiddətli döyüşlər başladı: SİLAHLI MÜXALİFƏT QÜVVƏLƏRİ SIXIŞDIRILIR
Suriya ordusu üsyançıların ələ keçirdiyi hərbi bazaya gedən yolu blokadaya alıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ordu qüvvələri müxaliflərin mühasirəsini yararaq, Erbina və Misrabaya gedən əsas magistralı da ələ keçirib.
Yanvarın 7-də "Əhrar-əş-Şam" fraksiyasına loyal olan üsyançılar Şərqi Quta rayonundakı "Hərəsta" bazasının bir hissəsinə nəzarəti ələ alıb.
Bu arada Rusiya Hərbi Kosmik Qüvvələri baza ərazisində mühasirədə qalan 200 hərbçini xilas etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, sözü gedən bölgədə 300 min adam 2013-cü ildən blokada şəraitində yaşayır.