Cəbhədə təxribat törətmək istəyən düşmən əsgəri məhv edilib
Cəbhədə düşmən əsgəri öldürülüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə yanvarın 7-də təmas xəttinin şimal-şərq istiqamətində qeydə alınıb.
Həmin istiqamətdə təxribat törətməyə cəhd edən düşmən qüvvələrinə cavab atəşi açılıb. Nəticədə Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Vaçe Çilingəryan məhv edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə istənilən təxribat cəhdinin qarşısının dərhal alınacağı və cavabın sarsıdıcı olacağı barədə dəfələrlə xəbərdarlıq edib.