Nadir təbiət hadisəsi: NİAQARA DONDU

Niaqara şəlaləsi donub.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, anomal soyuqlar şəlalənin qismən buzlaşmasına səbəb olub.

 

Məlumata görə, anomal soyuqların səbəbi sinoptiklərin "meteoroloji bomba" adlandırdıqları siklondur. Kanadanın Ontario vilayətinin bəzi rayonlarında havanın temperaturu mənfi 50 dərəcəyə enib.

 

Xatırladaq ki, Niaqara şəlaləsi 1848-ci ildə tamamilə donmuşdu.



 

Müəllif | Apa.Tv
Nigar Həsənli