ABŞ-da ehtiyatlar azalır, istehsal artır - NEFT BAZARINDA SON VƏZİYYƏT

Dünya bazarında neftin qiymətlərində stabillik yaranmaqdadır.

 

APA TV-nin məlumatına görə, ABŞ-da neft ehtiyatlarının azalması davam edir. Buna qarşı ölkədə neft istehsalı artır.

 

Bazarda qiymətlərin 50 dolların üstündə olmasından istifadə etməyə çalışan qaya nefti hasilatçıları hər keçən gün istehsalı artırmağa çalışır. Qiymətlərin bu vəziyyəti onlara sərf edir. Bu isə OPEK və Rusiya daxil bir neçə qeyri-kartel ölkəsinin hasilatı azaltmaqla bağlı razılaşmanın vaxtını cari ilin sonuna qədər uzatmasının təsirlərini aradan qaldırmasına səbəb olub. Bu arada ABŞ-da fəal neft quyusu sayı da azalıb. Həftə ərzində 5 quyunun fəaliyyətini dayandırması ilə aktiv quyuların sayı 742-yə enib.

 

Hazırda birjalarda "Brent" markalı neft 67,69 dollardan təklif olunur. Qərbi Texas nefti 61,63 dollardan satılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı