Baxçalı: "Prezident seçkilərində namizəd olmayacağam, Ərdoğanı dəstəkləyəcəyik"
Türkiyədə 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Milliyyətçi Hərəkat Partiyası (MHP) hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.
APA TV-nin məlumatına görə, bunu MHP-nin sədri Dövlət Baxçalı bildirib.
Dövlət Baxçalı deyib ki, MHP-nin prezidentliyə namizədi yoxdur, partiya sədri kimi də prezidentliyə namizəd olmayacaq: "MHP prezident seçkilərində Yenikapı ruhu ilə hərəkət edərək, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq".
D.Baxçalı 2019-cu ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək parlament seçkilərinə isə MHP-nin ittifaq formalaşarsa, ittifaq, bu mümkün olmadıqda isə müstəqil şəkildə qatılacağını bildirib.