Koreya rəhbərinin dayısı EDAM OLUNUB
Şimali Koreyanın tanınmış liderlərindən biri, ölkənin başçısı Kim Çenin dayısı edam edilib. Bu haqda «Şimali Koreyanın Azad radiosu» xəbər yayıb. Çjan Son Thek edam ediləndən sonra tutduğu bütün vəzifələrdən azad olunub.
APA TV-nin xəbərinə görə, Çjan Son Thek dövlət müdafiə komitəsi sədrinin müavini və başqa bu kimi yüksək vəzifələri tutub. Məlumata əsasən, o, dekabrın 5-də edam olunub. Bununla belə, Cənubi Koreyanın kəşfiyyatı bu haqda məlumatsız olduğunu bildirib.
Şimali Koreyanın rəsmi agentliyinin məlumatına əsasən, Kim Çen Inın dayısı korrupsiyada, hakim Əmək Partiyasında öz fraksiyasını yaratmaqda ittiham olunub. «Çjan Son Thek qadın düşkünü idi. O, kapitalist həyat tərzinin təsiri altında təmtəraqlı yaşayır, restoranlarda ayrıca zalda dəbdəbəli şam təşkil edirdi» - deyə agentlik bildirib.
Bir müddət əvvəl Çjan Son Thekin ortalıqda görünməməsi ilə bağlı xəbər yayılmışdı.