Nyu-Yorkda "Trump Towers"də yanğın başlayıb
Nyu-Yorkda "Trump Towers"də güclü yanğın başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğının baş vermə səbəbi bilinmir.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, birinin vəziyyəti ağırdır.
Əraziyə çox sayda xilasedici, yanğınsöndürən və polis cəlb edilib. Sosial şəbəkələrdə paylaşılan fotolarda yanğının göydələnin çardağında başladığı görünür.
ABŞ prezidentinin oğlu Erik Tramp "Twitter"də paylaşımında yanğının elektrik nasazlığı səbəbindən qaynaqlandığını və heç bir təhlükənin olmadığını qeyd edib.