Azərbaycan prezidenti dörd ölkənin səfirinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 8-də Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

 

APA TV xəbər verir ki, səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra dövlət başçısı səfirlə söhbət edib.

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Hamzat İbrahimin, Ekvatorial Qvineyanın yeni səfiri Xose Esono Miça Akenqin və Bosniya və Herseqovinanın yeni təyin olunmuş səfiri Bakir Sadoviçin də etimadnamələrini qəbul edib.

 

Diplomatlarla ayrı-ayrılıqda söhbət zamanı prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Müəllif | Apa.Tv
Apa.tv