Rezin qayıqla Avropaya keçən 150 miqrant dənizdə batdı

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, gəmi qeyri-leqal yolla Liviyadan Avropaya keçmək istəyən miqrantları daşıyırmış.

Məlumata əsasən, hadisə zamanı qayıqda 150-dək miqrant olub. Onlar Aralıq dənizini rezin qayıqlarla keçməyə çalışırmış. Qayığın batması nəticəsində qadın və azyaşlı uşaqlar daxil olmaqla azı 50 nəfər də itkin düşüb. 86 nəfərin həyatını isə xilas etmək mümkün olub.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib. 

Müəllif | Apa.Tv
Apa.tv