İki Koreya ölkəsi danışıqlara başlayır - İLK MÜZAKİRƏ İDMANÇILAR OLACAQ
Sərhədyanı Pxanmuncom şəhərində Şimali və Cənubi Koreya nümayəndə heyətləri arasında görüş başlayıb. APA TV-nin məlumatına görə, bu barədə “Rönhap” agentliyi xəbər verib.
İki ölkə rəsmiləri arasında görüş yerli vaxtla saat 10:00-da başlayıb. Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Qyon, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir.
Tərəflər ilk növbədə Şimali Koreya idmançılarının bu ilin fevralında Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını müzakirə edəcək. Bununla yanaşı, Seul-Pxenyan danışıqlarında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi də müzakirə mövzusu olacaq.