"Ərəb baharı" "Ərəb qışı"na çevrilir? - TUNİS YENƏ QARIŞDI

Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə  görə, toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb.

Məlumata görə, bəzi etirazçıların hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb. Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Tunisdə 2011-ci ildə başlayan maliyyə böhranı hazırda da davam edir. 2015-ci ildə törədilən terror hücumlarından sonra ölkəyə turist axını kəskin şəkildə azalıb.

Müəllif | Apa.Tv
Apa.tv