21 yaşlı gənc bulvarda özünü dənizə atdı - MEYİTİ HƏLƏ DƏ TAPILMAYIB

Axşam saatlarında Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb. APA TV-nin məlumatına görə, hadisə "Yaxt Klub"a yaxın ərazidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları gəlib. Xilasedicilər sahil boyu dənizdə batan şəxsin axtarışlarını aparıb. Ancaq hava qaraldığından onu tapmaq hələlik mümkün olmayıb.

Hadisə yerinə Səbail RPİ-nin əməkdaşları da cəlb olunub. Müəyyən edilib ki, dənizdə batan şəxs Lerik rayon sakini, 21 yaşlı Məlik Cahangirovdur. O, intihar məqsədilə özünü dənizə atıb. M.Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Onun hansı səbəbdən özünü dənizə atması məlum deyil.

Hazırda onun axtarışları davam etdirilir. Bu gün səhər saatlarından isə xilasedici dalğıclar yenidən axtarış üçün suya girəcək. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov