Gəncədə sürücü sükan arxasında öldü - ÜRƏKTUTMADAN

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Muradov Yaşar Faiq oğlu hadisə yerində dünyasını dəyişib.

Əraziyə polis gəlib və müayinə zamanı Y.Muradovun sükan arxasında qəfil ürəktutması keçirdiyi və bu səbəbdən idarəetməni itirərək qəza törətdiyi müəyyən olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv