Bazara İran və ABŞ təsiri - NEFT BAHALAŞIR

Neftin qiymətləri sutka ərzində 50-60 sent bahalaşıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın Enerji İnformasiya İdarəsinin bu gün verəcəyi hesabatda ölkədəki xam neft ehtiyatlarının ötən həftə ərzində 3,75 milyon barel azalacağının açıqlanacağı gözlənilir. Bu ardıcıl 8 həftəlik azalma deməkdir. ABŞ-da həmçinin fəal neft quyularının sayında da azalma var.

 

Qiymətlərə təsir edən məsələlərdən biri İranda baş verən hadisələrdir. İran kəşf olunmuş neft ehtiyatlarına görə dünyada dördüncü ölkədir. İranda tam sabitlik bərpa olunana kimi bu təsir davam edəcək.

 

"Brent" nefti səhər seanslarında 68,17 dollardan, Qərbi Texas nefti isə 62,20 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi artıq 6 dollardan azdır. Bu, ABŞ-ın dünyada neft qiymətlərinin formalaşmasında təsirinin artması deməkdir.

 

Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri  69,86 dollar təşkil edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı