Çin Yaxın Şərqə doğru irəliləyir - PAKİSTAN ÜZƏRİNDƏN

"Çin xaricdəki hərbi iştirakını artırmaq və Pakistanın Qvadar liman şəhərində Hərbi Dəniz Qüvvələri bazası yaratmaq niyyətindədir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Çin ordusuna yaxın mənbələr açıqlayıb. Əgər layihə reallaşarsa, bu ölkədən kənarda yerləşən ikinci hərbi obyekt olacaq.

 

43 il müddətinə Çinə icarəyə verilən Qvadarın Hörmüz boğazına bilavasitə çıxış imkanı və "İpək yolu" layihəsinin aparıcı qüvvəsi olması onun təsadüfən seçilmədiyini göstərir.

Ekspertlər bununla Çinin Pakistan limanlarına yan alacaq gəmilərinin təhlükəsizliyini təmin edəcəyini düşünür.

 

Qeyd edək ki, layihənin icrasına 622 milyon dollar vəsait sərf olunacaq.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov