İsrail Suriyanın hərbi bazasını bombaladı

İsrail hərbi aviasiyası Suriya ordusunun Dəməşq yaxınlığındakı cəbbəxanasına raket zərbəsi endirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə orduya yaxın mənbələrdən bildirilib.

 

Suriya tərəfi İsrailin atdığı raketlərin müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini iddia edib.

 

Rəsmi Dəməşq həmçinin İsrailə aid bir hərbi təyyarənin məhv edildiyini bildirib.

 

Xatırladaq ki, bu ilk belə raket hücumu deyil. İsrail əvvəllər də Suriyadakı silah anbarlarını bir neçə dəfə dağıdıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov