Türkiyədə FETÖ-çü iddiası ilə həbs olunan 18 general azadlığa buraxıldı
Türkiyədə FETÖ təhqiqatı çərçivəsində saxlanılan 18 general sərbəst buraxılıb.
APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, "Yurdda sülh şurası"nın üzvü olmaqda şübhəli bilinərək tutulan generallar "barələrində tutarlı dəlil tapılmadığına" görə azadlığa çıxıblar.
İttiham aktında onların adı 15 iyul dövlət çevrilişinə cəhd planlaşdıran şəxslərin siyahısında olub, onların FETÖ-çülərin "ByLock" şəbəkəsindən istifadə etdiyi iddia edilirdi.
Sərbəst qalan yüksək rütbəli hərbçilərin FETO-çülər tərəfindən şərləndiyi qeyd olunur.