İmişlidə 10 yaşlı məktəbli qızı maşın vurub öldürdü

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, qəza nəticəsində 10 yaşlı məktəbli dünyasını dəyişib.

 

Hadisə ötən gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Mirili kəndindən keçən hissəsində baş verib. 2008-ci il təvəllüdlü Təranə Sakit qızı Şahpələngova məktəbə gedərkən yolu keçən zaman Məmmədov Elman Allahverdi oğlunun idarə etdiyi 30 BG 233 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı