Husi lideri: "Qırmızı dənizə çıxışı bağlayacağıq"
"Əgər Yəmən böhranının həlli tapılmasa, Qırmızı dənizə çıxışı tamamilə bağlayacağıq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu husilərin Ali Siyasi Şurasının sədri Saleh əs-Səməd BMT baş katibinin Yəmən böhranı üzrə nümayəndəsi İsmail üld-Şeyx Əhmədlə görüşündə bildirib.
Saleh əs-Səməd həmçinin Qırmızı dəniz sahilindəki Hodeyda yaşayış məntəqəsində hərbi əməliyyatların dayandırılmasını da tələb edib, habelə ölkədəki dərin hərbi-siyasi böhranın həllində BMT-dən kömək istəyib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin martından başlayan siyasi krizis indiyədək davam edir.