Bakıda HƏBSXANADA YANĞIN
Dekabrın 11-də saat 05.00 radələrində Bakının Nizami rayonunda, Penitensiar Xidmətin Müalicə Müəssisəsində yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xeyli sayda yanğınsöndürmə briqadası, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətininin xilasediciləri cəlb edilib.
Mətbuat nümayəndələri müəssisəyə buraxılmayıblar. Ona görə də operatorlar yanğını uzaqdan çəkməli olublar. Yanğının müalicə müəssisəsinin məhz hansı binasında baş verdiyini dəqiqləşdirmək mümkün olmayıb. Xilasedicilərin APA TV-yə verdiyi məlumata görə, müəssisədə köməksiz vəziyyətdə qalan yoxdur.
Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisənin narkologiya və terapiya korpusunda yanğın baş verib. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.
Yanğın saat 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.
Hadisə vaxtı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.