Bakı bulvarında dənizdə batan tələbənin meyiti çıxarılıb
Bakı Bulvarında intihar edən tələbənin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.
Yanvarın 9-da axşam saatlarında M.Cahangirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. M.Cahangirovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.