Pakistanda kamikadze polis maşınını partlatdı - ÖLƏNLƏR VAR

Pakistanın Kvetta şəhərində terror aktı törədilib. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu kamikadzenin törətdiyi partlayış zamanı 7 nəfər dünyasını dəyişib.

Hücumun hədəfinin şəhərin inzibati binalarının yerləşdiyi, mühafizə olunan məhəllədə yerləşən polisə məxsus yük avtomobili olub. Partlayış nəticəsində daha 23 nəfərin də xəsarət aldığı bildirilir. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bunu nəzərə alan rəsmilər ölənlərin sayının artacağını istisna etmir.

Məlumata görə, partlayıcı qurğu yük avtomobilinə yaxınlaşan terrorçu kamikadze tərəfindən işə salınıb.

Müəllif | Apa.Tv
Apa.tv