Zabratda 59 yaşlı kişini "Mercedes" vurub - VƏZİYYƏTİ KAFİDİR

Bakıda piyadanı avtomobil vurub. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlu yolu keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv