Leysan yağışlar və torpaq sürüşməsi ABŞ-da itkilərə və dağıntılara yol açıb

ABŞ-da aramsız yağan leysan yağışlar daşqınlara və torpaq sürüşməsinə səbəb olub. APA TV-nin CNN-ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət əsasən Kaliforniya ştatının cənubunda müşahidə olunub.

Sürüşmə nəticəsində azı 13 nəfərin öldüyü, daha 25 nəfərin xəsarət aldığı deyilir. Daşqınlar zamanı həmçinin bir neçə ev dağılıb, yollara ziyan dəyib. Ölümlə nəticələnən bütün insidentlər Montesito şəhərində baş verib. Əhali sel və daşqınların davam edə biləcəyi ilə bağlı xəbərdar edilib.

Yerli polis şerifi ölənlərin sayının arta biləcəyini istisna etməyib. Hazırda bölgədə xilasetmə işləri aparılır.

Müəllif | Apa.Tv
Apa.tv