Saakaşvili öz tərəfdarlarını yenidən yürüşə səsləyib - KİYEVİN MƏRKƏZİNDƏ
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının yanvarın 21-dən Kiyevin mərkəzində yürüşlər keçirmək niyyətində olduğunu bildirib.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya bildirib. O, Ali Radanın qarşısındakı "çadır şəhərçiyi"nin sökülməyəcəyini qeyd edib.
M.Saakaşvilinin tərəfdarları bundan əvvəl impiçment qanununun qəbul edilməsi tələbi ilə bir neçə dəfə etiraz və mitinqlər keçirib.
Qeyd edək ki, Ali Radanın qarşısında oktyabrın 17-dən keçirilən müddətsiz etiraz aksiyasının üzvləri deputat toxunulmazlığının ləğv edilməsi, seçki islahatının keçirilməsi və antikorrupsiya məhkəmələrinin yaradılmasını tələb edib.