İranda kütləvi həbslər başladı - 4 MİNƏ YAXIN İNSAN SAXLANILDI

İranda keçirilən etiraz aksiyalarında iştirak edənlərdən təxminən 3 min 700 nəfər saxlanılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama İran parlamentindən verilib.

Etirazçıların saxlanılması müxtəlif təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən həyata keçirildiyindən onların dəqiq sayını demək mümkün deyil.

 

Qeyd edək ki, 2017-ci il dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda da etiraz aksiyası keçirilib. İran hakimiyyəti yanvarın 3-də etirazların başa çatdığını bəyan edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov