Türkiyə İran və Rusiyaya xəbərdarlıq etdi: Əsədə nəzarət edin!
"İran və Rusiya Suriyadakı zəmanətin cavabdehliyini yerinə yetirməlidir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir iki ölkənin verdiyi zəmanəti yerinə yetirməli, Əsəd rejiminə bağlı qüvvələrin İdlibdəki müdaxilələrinin qarşısının alınmalı olduğunu deyib.
Çavuşoğlu bölgədə atəşkəsin pozulmasına görə Rusiya və İranı günahlandırıb, hücumların bu ölkələrin dəstəyi olmadan baş verə bilməyəcəyini söyləyib.
Xatırladaq ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi şəhərində keçirdiyi görüşdə Suriyanın İdlib vilayətindəki atəşkəs bölgəsinə nəzarətin Türkiyə Silahlı Qüvvələrinə həvalə edilməsi barədə razılığa gəlinib.