Yağışlı və küləkli hava davam edəcək
Bakı və Abşeron yarımadasında yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.
APA TV-nin məlumatına görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq .
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.