Gəncə Apellyasiya Məhkəməsinin işçisini maşın vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin verdiyi məlumata görə, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir. 


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli