Lənkəranda minik maşını ilə toqquşan "Shacman" kanala aşdı
Lənkəranda yük və minik avtomobilləri toqquşub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun 200-cü kilometrliyində, rayonun Digah kəndi ərazisində qeydə alınıb.
Rayonun Gərmətük kənd sakini, 61 yaşlı İsabala Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 40 yaşlı şəhər sakini Ramin Həsənovun idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə yük maşını kanala düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobillə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.