İtmiş Malayziya təyyarəsi yenidən axtarılacaq - 70 MİLYONLUQ MÜQAVİLƏ

Malayziya dövləti dörd il əvvəl dənizə düşərək itən Malayziya Hava Yollarına məxsus təyyarənin tapılması üçün xüsusi bir sualtı araşdırma şirkəti ilə müqavilə imzalayıb. APA TV-nin verdiyi xəbərə görə, 70 milyon dollarlıq razılaşma əsasında Hind okeanının cənubunda yenidən axtarış işlərinə başlanılacaq.

Əldə edilən razılığa görə, həmin məbləğ şirkətə yalnız təyyarənin tapılacağı halda ödəniləcək. Yanvarın 17-dən başlayacağı bildirilən axtarış işləri ilk olaraq 25 min kv/km-lik bir sahədə reallaşdırılacaq.

Qeyd edək ki, ölkənin paytaxtı Kuala-Lumpurda hər il təyyarənin yoxa çıxdığı gün hüznlə anılır və həyatını itirən yüzlərlə insanın xatirəsinə kiçik mərasimlər təşkil edilir.

Müəllif | Apa.Tv
Apa.tv