Mingəçevir sakini kirayədə qaldığı mənzildə ölü tapıldı - DƏM QAZINDAN BOĞULUB

Mingəçevir şəhərində gənc oğlan dəm qazından boğulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb.

Məlumata görə, həmin ünvanda yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində kirayədə qalan Təbiət Zərbalıyev hamam otağında dəm qazından boğularaq ölüb.

Hadisədən gec xəbər tutan qonşular onun meyitini evdə tapıb və dərhal Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verib. Qonşuların sözünə görə, dünyasını dəyişən gənc oğlan Yevlaxın Aran qəsəbəsində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı olub.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv