Nobel SÜLH MÜKAFATI TÜRK DİPLOMATA TƏQDİM OLUNDU
Osloda 2013-cü il üçün Nobel sülh mükafatının təqdimat mərasimi keçirilib. Bu dəfəki laureat Kimyəvi Silahların Qapdağan edilməsi üzrə Təşkilat olub. Norveç Nobel Komitəsinin sədri Torbörn Yaqland mükafatı təşkilatın baş direktoru, türkiyəli diplomat Əhməd Üzümçüyə təqdim edib. Mükafat Nobel medalı, diplom və 1 milyon 200 min dollar puldan ibarətdir.
APA TV-nin xəbərinə görə, Əhməd Üzümçü mətbuat konfransında Suriyadakı missiyanın üzləşdiyi çətinlik və problemlərdən danışıb. Onun sözlərinə görə, Suriyanın kimyəvi silahının məhvi çətin və riskli vəzifədir. Belə ki, silahın daşınması yüksək təhlükəsizlik tədbirlərinin görülməsini tələb edir. Suriyada isə vəziyyət gərgin olduğundan, işi səliqə ilə görmək lazımdır.
Mərasimin dəvətliləri arasında Norveç kralı V Harald və xanımı, Norveç hökuməti və parlamentinin üzvləri də olublar. Tədbirdə Nelson Mandelanın xatirəsi yad edilib. Torbörn Yaqland xatırladıb ki, 20 il əvvəl Nelson Mandela da bu tribunada Nobel Sülh mükafatını alıb.
Norveç Nobel Komitəsinin sədri məlumat verilib ki, kimyəvi silahların qadağan edilməsi ilə bağlı Konvensiyaya altı ölkə qoşulmayıb. O, İsrail və Myanmanı artıq imzaladıqları sənədi ratifikasiya etməyə çağırıb.