Sabirabadda ZƏNCİRVARİ QƏZA

Sabirabadda baş verən zəncirvari qəzada iki nəfər ağır yaralanıb. APA TV-nin yerli bürosunun verdiyi məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə magistralının 32-ci kilometrliyində baş verib. “Palsüd” şirkətinə məxsus “Ford” markalı yük maşını Saatlı rayonunun Əhmədbəyli kənd sakini, 38 yaşlı Rzayev Rza Xudaş oğlunun idarə etdiyi "VAZ 2107" markalı və "BMW" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, sürücünün 50 yaşlı qardaşı arvadı Rzayeva Zeynəb Qaçay qızı ağır vəziyyətdə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağl BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı