Tank qaçıran sərxoş marketə girib, şərab oğurladı - RUSİYADA KURYOZ HADİSƏ

Rusiyanın Murmansk vilayətində qəribə hadisə baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yarıhərbiləşdirilmiş sürücü kursundan tank oğurlanıb.

Məlum olub ki, tankı sərxoş bir şəxs qaçırıb. Həmin şəxs tankı hadisənin qeydə alındığı Apatiti şəhərinin küçələrində təhlükəli şəkildə idarə etməyə başlayıb.  

İdarəetməni itirən şəxs daha sonra tankı şəhərdəki marketlərin birinin önündə saxlaya bilib və aşağı düşərək marketə girib. Marketdən bir şüşə çaxır oğurlayıb qaçan şəxsi polis yaxalayıb.



 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı