Arvadı evdən getdi, özü dama çıxdı - İNTİHAR ETMƏK İSTƏYƏN ŞƏXS XİLAS EDİLDİ
Gəncədə intihara cəhd olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
28 yaşlı şəhər sakini İsgəndər Ayət oğlu İsgəndərov 19 saylı 9 mərtəbəli binanın üstünə çıxaraq, özünü oradan yerə atmaq istəyib. Əraziyə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onunla aparılan psixoloji söhbətdən sonra İsgəndər İsgəndərovu fikrindən daşındırmaq mümkün olub.
Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb həyat yoldaşının küsüb evdən getməsi olub.