Yardımlının ucqar dağ kəndinə təbii qaz çəkilib

Yardımlı rayonunun Mişkireyn kənd sakinləri bu qışı odun sobaları olmadan keçirə biləcəklər. Rayona sovet hakimiyyəti illərində mavi yanacağın verilişi məqsəduyğun hesab olunmayıb. Buna səbəb kimi, rayonun relyef baxımından dağlıq əarazidə yerləşməsi və kəndlərin bir-birindən məsavəcə uzaq olması əsas gətirilib. Daglıq ərazidə yerləşən kəndlərdə qışın sərt keçməsi sakinlərin çətinliklərlə üzləşməsinə səbəb olurdu. Bu səbəbdən kənd sakinləri bü günə kimi odun sobalarından istifadə etməklə yaşayış evlərinin isidilməsinə nail olub. Bu isə meşələrin qırılmasına, yaşıllıqların məhv olmasına gətirib çıxarıb. Lakin "Regionların Sosial-İqdisadi İnkişfı Dövlət Proqramı"nın həyata keçirilməsi, regionlarda insanların həyyat şəraitinin yaxşılaşmasına və məişət qayğılarının sürətlə həll olunmasına şərait yaratdı. Dövlət proqramlarının sürətlə icra olunduğu rayonlardan biridə Yarımlıdır. Rayonda əhalinin mavi  yanacağa olan təalbatı nəzərə alınaraq kəndlərin qazlaşdırılması davama etdirilir. Uzun fasilədən sonra ilk dəfə olaraq 54 abonenti olan Mişkireyn kəndinə mavi yanacaq verilib. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən kənd sakinləri, rayonda qaz təsərrüfatının yenidən qurulması və əhalinin mavi yanacaqla keyfiyyətli təminatı istiqamətində böyük işlərin görüldüyünü qeyd ediblər.

 

APA TV-nin xəbərinə görə, Mişkireyn kəndinin 54-abonent sayğacla təmin edilib,2100-metr uzunluğunda daşıyıcı-paylayıcı və 2300-metr məhəllədaxili qaz kəmərləri çəkilib.

 

Müəllif | Apa.Tv