"Mercedes" yoldan çıxıb, kənara yuvarlandı, 22 YAŞLI SÜRÜCÜ ÖLDÜ
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə İmişli-Saatlı avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon, Qaralar kənd sakini, 22 yaşlı Eldəniz Xəmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Avtomobil yoldan çıxaraq, 150 metr kənara yuvarlanıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Avtomobildə olan sərnişin, Qaralar kənd sakini Elşən Əmənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. əsətəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.