İmişlidə iki avtomobil toqquşub, sürücülərdən biri dünyasını dəyişib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə magistral yolunun İmişli rayonu Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir istiqamətində hərəkətdə olan və 1968-ci il təvəllüdlü Nəsirov Süleyman Qərib oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Kərimov Pənah Lətif oğlunun sükanı arxasında olduğu "VAZ 2105" markalı minik maşını ilə toqquşub. Hadisə zamanı ağır bədən xəsarətləri alan "Jiquli"nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv