Qonşu ilə mübahisə edən kişi 9 bıçaq zərbəsi aldı - BAKIDA QƏTL

Bakıda qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş.İsgəndərov ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv