Bu gecə Bakıya QAR YAĞACAQ, YOLLAR BUZ BAĞLAYACAQ

Dekabrın 11-də gecə saatlarından başlayaraq, Bakıda və Abşeron yarmadasında hava şəraitinin tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı proqnozlaşdırılır. Dekabrın 12-də yağıntıların arabir sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havannın temperaturu isə 0-3 dərəcə isti təşkil edəcək. Bu cür qeyri-sabit, küləkli hava şəraiti dekabrın 13-ü gündüz saatlarına kimi davam edəcək. Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva APA TV-yə deyib ki, bölgələrimizdə də yağıntılı, qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda yağıntılı hava şəraiti olacaq. Sulu qarın dağlıq, dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 1-6 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olacaq.

 

Temperaturun aşağı düşməsi, sulu qar və qarın yağması ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Küləkli yağıntılı qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova