Evində təmir işləri aparan Şirvan sakininin üstünə dam uçub

Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü təmir zamanı çöküb, bir nəfər ağır xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 17d ünvanında baş verib.

Fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Rövşən Ramiz oğlu dağıntı altında qalaraq ağır xəsarətlər alıb. Evinin damında təmir işləri apardığı zaman köməksiz vəziyyətə düşən R.Əliyev hadisə yerinə cəlb olunmuş FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılaraq təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin hazırda orta ağır olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv